Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
24.07.2023
İyulun 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ələt-Astara yolunda yerləşən postda nəzarət qaydasında saxlanılan sürücün narkotik vasitənin təsiri altında olması müəyyən olunub
İyulun 23-də saat 8 radələrində Ələt-Astara yolunda yerləşən postda “QAZ-3302” markalı avtomobil Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücü, İmişli rayon sakini E.Quliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilərək Masallı rayon məhkəməsinə göndərilib.
Yasamal rayon ərazisindəki kafelərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini saxlanılıb
Nizami rayon ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Camalov saxlanılıb. Araşdırmalarla onun “Toyota” markalı daha bir avtomobildən 630 manat pul oğurlaması da müəyyən olunub
Nardaran qəsəbəsindəki evlərdən birinin divarından kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 30-da Nardaran qəsəbəsindəki evlərdən birinin divarından 2 ədəd kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Rzayev saxlanılıb. Araşdırma aparılır.
Şəmkir Rayon Tatarlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Tatarlı kəndi ərazisində yabanı halda bitmiş 7,8 tondan artıq çəkidə 14000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 24-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində Quba rayon sakini B.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Bir müddət əvvəl Hövsan qəsəbəsində azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsünü polislər saxlayıb
Bir müddət əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində naməlum şəxs idarə etdiyi mopedlə yolu keçən azyaşlı qızı vurub. Hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı edilən tibbi müdaxilədən sonra xilas edilib. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
23.07.2023
İyulun 23-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.