Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hövsan qəsəbəsi ərazisində qəsəbə sakininin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini müəyyən olunaraq saxlanılıb
25.07.2023
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 24-də Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini A.Eyyubovun mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan avtomobil saxlanılıb
İyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Yevlax rayon sakini P.Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb
İyulun 24-də saat 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən 3500 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini E.Bağırov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Şöbəsinə təhvil verilib.Araşdırmalarla onun həmin gün bazarda yerləşən digər bir mağazadan 500 manat dəyərində təzyiq aparatı və su nasosu oğurlaması da müəyyən olunub.
Qala qəsəbəsindəki bir evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsindəki bir evdən 3150 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 manat dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonu Məhəmmədi qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məhəmmədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 10.000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Kürdəxanı qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Əzizov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci və 326-cı maddələri ilə axtarışda olması müəyyən olunub.
Ağcabədi Rayon ərazisində saxlanılan Şotlanlı kənd sakinindən marixuana aşkar olunaraq götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şotlanlı kənd sakini M.Bəyişovdan 435 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Masallı rayon ərazisində saxlanılan şəxsdən marixuana aşkar olunaraq götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevdən 416 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonu Qaratəpə kənd sakini və Xəlfəli kənd sakinindən qanunsuz saxladıqları ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini H.Səfərovdan və Xəlfəli kənd sakini İ.Quliyevdən qanunsuz saxladıqları “TOZ” markalı 2 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan və “tiryəkxana”lartəşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.