Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad Rayon Moranlı kəndindəki fermaların birindən qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
26.07.2023
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Moranlı kəndindəki fermaların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini İ.Əsədzadə saxlanılıb. Araşdırma aparılır.
Sabirabad Rayon Yastıqobu kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yastıqobu kənd sakini V.Əhmədovdan qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Hacıqabul dəmir yolu stansiyası ərazisində saxlanılan Hacıqabul rayon sakinindən marixuana aşkar olunaraq götürülüb
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul dəmir yolu stansiyası ərazisində saxlanılan Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş X.İmanovdan 262 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş şəxsin yaşadığı evə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənovun yaşadığı evə baxış zamanı oradan 1,4 kiloqram heroin aşkar olunaraq götürülüb.
Qazax Rayon Yuxarı Salahlı və Birinci Şıxlı kəndləri ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Şərur Rayon Dərvişlər kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dərvişlər kəndi ərazisində yabanı halda bitən 350 kiloqram çəkidə 3200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Göygöl Rayon Çaybağı adlanan ərazidə yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çaybağı adlanan ərazidə yabanı halda bitən 67 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gəncə şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 26-da saat 9 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini İ.Həsənov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolu keçən Samux rayon sakini R.Namazovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
25.07.2023
İyulun 25-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar
İyulun 25-də gecə saatlarında Hövsan qəsəbəsində törədilən quldurluq hadisəsi ilə bağlı daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Rəcəbov, N.Şahbazov, E.Əhədov və Hacıqabul rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.