Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
09.08.2023
Avqustun 9-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın Yasamal rayonunun Landau küçəsində “Mercedes” markalı avtomobillə piyada vurulub
Avqustun 9-da saat 17 radələrində paytaxtın Yasamal rayonunun Landau küçəsində Neftçala rayon sakini K.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən A.Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Əsgərov saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Əsgərov saxlanılıb. Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.Araşdırma aparılır.
Mingəçevir şəhər sakini K.İsayevdən marixuana aşkar edilərək götürülüb
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.İsayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, davam etdirilən tədbirlərlə evinə baxış zamanı isə 425 qram marixuana aşkar edilərək götürülüb.
Bərdə rayon sakini A.Abbasovdan marixuana götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 315 qram marixuana aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
08.08.2023
Avqustun 8-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini A.Ələkbərov müəyyən olunaraq saxlanılıb
Avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini A.Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki lotereya satışı məntəqələrinin birindən lotereya biletlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salmanov saxlanılıb
Avqustun 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində lotereya satışı məntəqələrinin birindən 420 manat dəyərində lotereya bileti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salmanov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Şöbəsinə təhvil verilib. Araşdırma aparılır.
Nəsimi rayonunun S.Vurğun küçəsində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Quliyev saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də S.Vurğun küçəsində “Daewoo” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Binə qəsəbəsinin Atçılıq yaşayış sahəsindən “Mercedes” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən iki şəxs Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar
Avqustun 7-də saat 23 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış sahəsindən “Mercedes” markalı bir avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Kərimov və sərnişini V.Qəribov Nizami rayonu ərazisində avtomobillə saxlanılıblar.Araşdırma aparılır.