Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonunun Mahmudlu kənd sakini X.Qurbanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
08.08.2023
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mahmudlu kənd sakini X.Qurbanovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Beyləqan rayonunun Əlinəzərli kənd sakini V.Şükürovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlinəzərli kənd sakini V.Şükürovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
İmişli rayonunun Murğuzallı kənd sakini S.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Murğuzallı kənd sakini S.Əliyevdən qanunsuz saxladığı “Toz” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini E.Əliyevin yaşadığı evin həyətyanı sahəsindən çətənə kolları və marixuana götürülüb
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində borclu qismində axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 740 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Hacıqabul rayonunun Kürçülü kənd sakini R.Dadaşova məxsus həyətyanı sahədən çətənə kolları, yaşadığı evdən isə marixuana götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürçülü kənd sakini, əvvəllər məhkum olunmuş R.Dadaşova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 205 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Söyüdlü kəndi ərazisində yabanı halda bitən 2,1 ton çəkidə 1851 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Masallı rayonunun Xıl kəndi ərazisində “VAZ-2107” və “QAZ-33021” markalı avtomobillər toqquşub
Avqustun 8-də saat 14 radələrində Masallı rayonunun Xıl kəndi ərazisində rayon sakinləri İ.Fəttahlının idarə etdiyi “VAZ-2107” və N.Bayramovun idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub. Nəticədə İ.Fəttahlının sərnişinlərindən F.Salayev hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Muğanlı kəndi ərazisində “KİA” və “KamAZ” markalı avtomobillər toqquşub
Avqustun 8-də saat 15 radələrində Kürdəmir rayonunun Muğanlı kəndi ərazisində Xocalı rayon sakini E.Sevdimalıyevin idarə etdiyi “KİA” və Ağdam rayon sakini M.Quliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.Sevdimalıyevin sərnişini olan anası hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Nizami rayonunun R.Rüstəmov küçəsində “VAZ-21015” markalı avtomobillə yolu keçən İmişli rayon sakini R.Əhədov vurulub
Avqustun 8-də saat 22 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində Biləsuvar rayon sakini A.Nəcəfov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən İmişli rayon sakini R.Əhədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
07.08.2023
Avqustun 7-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 56 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.