Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən generatorun mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb
11.08.2023
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-də avtomobil təmiri sexlərinin birindən generatorun 6000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.
Bərdə rayonu ərazisindəki 1 mağaza və 1 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 mağaza və 1 köşkdən ümumilikdə 2000 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb. Onlardan birinin iyulun 30-da rayon ərazisindəki mağazaların birindən 95 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən olunub.
Bərdə rayonu ərazisindəki evlərin birindən televizor və velosiped oğurlamaqda şübhəli bilinən rayon sakini V.Abbasov saxlanılıb
Avqustun 5-də Bərdə Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən televizor və velosiped oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş V.Abbasov müəyyən olunaraq saxlanılıb.
Tovuz rayonunun İbrahimhacılı kənd sakinləri E.Həsənovun və E.Zeynalovun kultivasiya yolu ilə yetişdirdikləri çətənə kolları və marixuana aşkar edilərək götürülüb
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində İbrahimhacılı kənd sakinləri - E.Həsənov məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 65 qramdan artıq marixuana, E.Zeynalov məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənə kolu və 300 qram marixuana aşkar edilərək götürülüb.
Gəncə şəhərinin Natəvan qəsəbəsi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Natəvan qəsəbəsi ərazisində yabanı halda bitmiş 1 ton 520 kiloqram çəkidə 3087 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Avqustun 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkar olunub. Fakta görə, Şıx çimərliyi ərazisində yerləşən restoranlardan birinin barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 83 cinayətin açılması təmin olunub
10.08.2023
Avqustun 10-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Avqustun 8-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Səbail rayonu, Şıx çimərliyi ərazisində keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması fakrı aşkar olunub. Fakta görə çimərlik ərazisində yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Astara rayonunun Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb
Avqustun 10-da Astara Rayon Polis Şöbəsinə Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən ruhi-əsəb xəstəsi olan şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Novruzov saxlanılıb
Binəqədi RPİ 43, Yasamal RPİ 26-cı Polis Bölmələri və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 675 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Novruzov müəyyən olunaraq saxlanılıb.