Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Salyan şosesində yerləşən çimərlikdən çanta oğurlamaqda şübhəli bilinən paytaxt sakini X.Talıbzadə saxlanılıb
10.08.2023
Avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdən içərisində 15 manat pul, 350 manat dəyərində mobil telefon, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantanın oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Talıbzadə müəyyən olunaraq saxlanılıb.
Qaradağ rayonu ərazisində 3 avtomobildən ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən E.Günəşov və D.Mütəllimov saxlanılıblar
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 3 avtomobildən 2000 manat dəyərində ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Günəşov və Şirvan şəhər sakini D.Mütəllimov müəyyən olunaraq saxlanılıblar.
Nərimanov rayonu ərazisindəki ofislərin birindən pul oğurlanmaqda şübhəli bilinən azyaşlı saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də rayon ərazisindəki ofislərin birindən 9000 manat və 500 ABŞ dolları oğurlanmaqda şübhəli bilinən azyaşlı müəyyən olunaraq saxlanılıb.
Abşeron rayonu ərazisində 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən V.Abdurahmanov saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Vüsal Abdurahmanov müəyyən olunaraq saxlanılıb.
Şərur rayonunun Çərçiboğan, Oğlanqala və Dərvişlər kəndilərinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib
Şərur RPİ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çərçiboğan, Oğlanqala və Dərvişlər kəndilərinin ərazisində yabanı halda bitmiş 3000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Ağdaş rayonunun Ləki qəsəbə sakini R.Hacıyevə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkar edilərək götürülüb
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Ləki qəsəbə sakini R.Hacıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 kq 305 qram çəkidə 3 ədəd çətənə kolu və 113 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Xaçmaz rayonunun Nabran kəndi ərazisində “VAZ-21074” markalı avtomobil yolun kənarına aşıb
Avqustun 10-da saat 07 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Quba rayon sakini Z.Eyvazov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarına aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha iki nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 2 nəfər DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.Abşeron rayonu ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradov saxlanılıblar. Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300 ədəd "Metadon" həbi aşkarlanıb.Araşdırmlarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı "Səxavət" adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyən edilib. Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan edən şəxs saxlanılıb
Paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb. Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.
Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs həbs edilib
Daxili İşlər Nazirliyinə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub.Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mələk Zeynalovanın əməllərindən zərərçəkən şəxslər bu barədə Daxili İşlər Nazirliyinə müaciət edə bilərlər.