Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonu ərazisində Bakı şəhər sakini A.Tahirovun cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.İsayev saxlanılıb
10.09.2023
Sentyabrın 8-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini A.Tahirovun içərisində pulu, bank kartı, sənəd və qızıl üzüyü olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini İ.İsayev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini N.Əliyevin pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Nurəliyev müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da şəhər sakini N.Əliyevin 520 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş R.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
09.09.2023
Sentyabrın 9-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 33 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bərdə rayonunun Mirzəxan kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən kənd sakinləri olan iki yeniyetmə saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 5-nə keçən gecə Mirzəxan kəndi ərazisindəki mağazaların birindən pul, 4800 manat dəyərində danışıq kartları, lotereya, tütün məmulatı, kameranın yaddaş bloku və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən kənd sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Ulacalı kənd sakini Z.Xanməmmədova məxsus həyətyanı sahədən 2 ədəd çətənə kolu və 64 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Ulacalı kənd sakini Z.Xanməmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 64 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Tovuz rayon sakini K.Məmmədovdan 62 qramdan artıq marixuana və meşəlik ərazidə yetişdirdiyi 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Əlimərdanlı kənd sakini, əvvəllər məhkum olunmuş K.Məmmədovdan 62 qramdan artıq marixuana, Hunanlar kəndindəki meşəlik ərazidə kultivasiya yolu ilə yetişdirdiyi 11 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Göygöl rayonunun Toğanalı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Toğanalı kəndi ərazisində yabanı halda bitən 477 kiloqram çəkidə 750 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla Ü.Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etməsi məlum olub.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Ü.Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Abşeron rayonunda hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib
Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib. Əməliyyatlar zamanı saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuşlar - Nizami İsgəndərovdan 1 ədəd “Naqan” tipli tapança 3 ədəd patron, Asif Astanovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 27 ədəd patron, Azad Qənbərovdan 1 ədəd tapança, 3 ədəd patron, Davud Rəhimov və Pərviz Əliağayevdən isə 3 kiloqrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilib.Digər əməliyyat zamanı Abşeron rayonunda oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8, “isti izlərlə” cinayətin açılması üzrə 14, narkotiklə əlaqəli cinayətlərə görə 19 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 31, xırda xuliqanlığa və xırda talamaya görə 58 fakt aşkarlanıb, mülki axtarışda olan 25 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 156, narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən 2, avtoxuliqanlıq edən 19, dayanma-durma qaydalarını pozan 220 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəbrayıl rayon sakini X.Quliyev saxlanılıb
08.09.2023
Abşeron Rayon Polis İdarəsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəbrayıl rayon sakini X.Quliyev saxlanılıb.Araşdırmalarla onun sentyabrın 7-nə keçən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində bir avtomobildən sənədlər, yanacaq və bank kartları oğurlaması, habelə həmin bank kartından 525 manat çıxarması da müəyyən edilib.