Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Aşqalılar kənd sakini E.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
11.09.2023
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşqalılar kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Şərur rayonunun Maxta kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Maxta kəndi ərazisində yabanı halda bitən 110 kiloqram çəkidə 3000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Su polisindən uğurlu narkotik əməliyyatı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.Belə ki, İdarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən kordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kilopqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər.Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə xidməti ərazilər olan Dövlət Qoruqları, Milli Parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlara müraciət edərək bildirir ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edərək icazə sənədini əldə edə bilərlər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə saxlanılan şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər. Su Polisləri tərəfindən həmçinin Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
10.09.2023
Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən E.Qənizadə saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 8-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Qənizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Dadaşov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Allahverdiyevin 200 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini E.Dadaşov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində bir nəfərin çantasını və bank kartındakı hesabından 83 manatını oğurlamaqda şübhəli bilinən bir yeniyetmə müəyyən olunaraq saxlanılıb
Səbail rayonu ərazisində Qəbələ rayon sakini olan bir nəfərin içərisində mobil telefonu, qulaqcıq, bank kartları olan çantasının və bank kartındakı hesabından 83 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 1200 manatı oğurlamaqda şübhəli bilinən R.Gülməmmədov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 1200 manatı oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini R.Gülməmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 180 manat dəyərində alış-veriş etməkdə şübhəli bilinən paytaxt sakini A.İbrahimov saxlanılıb
Sentyabrın 9-da Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 180 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini A.İbrahimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki marketlərin birindən 1000 manat dəyərində qarışıq mallar oğurlamaqda şübhəli bilinən E.Ələsgərov saxlanılıb
Nərimanov RPİ 17-ci ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birindən 1000 manat dəyərində qarışıq mallar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb. Araşdırma aparılır.