Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki evlərin birindən 2 ədəd skuter oğurlamaqda şübhəli bilinən B.Səmədov saxlanılıb
12.09.2023
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 2 ədəd skuter oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş B.Səmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Vəliyev saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Vəliyev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
Sumqayıt şəhərinin Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən M.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Kəbirli kənd sakini F.Şirinovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kəbirli kənd sakini F.Şirinovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Siyəzən şəhəri ərazisindən M.Kərimova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini O.Əliyev avtomobillə saxlanılıb
11.09.2023
Sentyabrın 11-nə keçən gecə Siyəzən şəhəri ərazisindən M.Kərimova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əliyev avtomobillə saxlanılıb. Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin cüzdanını, mobil telefonunu, qol saatı və eynəyini oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 10-da Bakı şəhər sakini olan bir nəfərin içərisində pulu, bank kartları olan cüzdanını, mobil telefonunu, qol saatı və eynəyini oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan qadın saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində ayrı-ayrı ünvanlardan velosipedlər oğurlamaqda şübhəli bilinən Q.Dadaşov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı ünvanlardan velosipedlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Dadaşov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Tərtər şəhər sakini S.Nuriyevdən marixuana götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Nuriyevdən 470 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Tərtər rayonunun Qazyan kənd sakini İ.Nadirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazyan kənd sakini İ.Nadirovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.