Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdaş rayonunun Mürsəl və Qarasu Qumral kəndləri ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
14.09.2023
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mürsəl kəndi ərazisində çəkisi 1,6 tona yaxın 982 ədəd, Qarasu Qumral kəndi ərazisində çəkisi 1,9 tona yaxın 1142 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
13.09.2023
Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini İ.Cəfərova qarşı quldurluq etməkdə şübhəli bilinən Astara rayon sakini R.Cəlilov saxlanılıb
Sentyabrın 9-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini İ.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobilində pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Maqsudovun cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən F.Şahbazov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Bakı şəhər sakini E.Maqsudovun içərisində pulu, sənədləri və bank kartları olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş F.Şahbazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir köşkdən və bir evdən oğurluq etməkdə şübhəli bilinən N.İsmayılov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini N.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.
Suraxanı rayonu ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən İ.Dostəlizadə saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birindən 920 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Dostəlizadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində “Saipa” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Tağıyev saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Saipa” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini V.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Maştağa sakinindən “Makarov” markalı tapança aşkar edilib
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib. Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
12.09.2023
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini olan qadının uşaq arabasından içərisində 918 manat pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rzayev və A.Mirabasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.