Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini F.Mehdiyevdən heroin və metanfetamin aşkar olunaraq götürülüb
15.09.2023
Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini F.Mehdiyevdən 101 qrama yaxın heroin və 40 qramdan artıq metanfetamin aşkar olunaraq götürülüb.
Sumqayıt şəhər sakini E.Qarayevin evindən heroin, metadon həbi, tiryək, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Qarayevin evinə baxış zamanı oradan 204 qramdan artıq heroin, 71 ədəd metadon həbi, tiryək, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Z.Quliyev saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Quliyev saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Səbail rayonu ərazisindəki hostellərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakini N.Atakişiyev saxlanılmışdır
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Atakişiyev müəyyən olunaraq saxlanılmışdır. Araşdırma aparılır.
Qəbələ rayonunun Əmirvan kənd sakini A.Vəliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmirvan kənd sakini A.Vəliyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən F.Valehov və A.Təhməzov saxlanılıblar
14.09.2023
Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 11-də Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş F.Valehov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Təhməzov saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini Ə.Fərzullayevin çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən A.Miroşniçenko saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 6-da Bakı şəhər sakini Ə.Fərzullayevin içərisində pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Miroşniçenko müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan şəhəri ərazisindəki həyətyanı sahələrin birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da şəhər ərazisindəki həyətyanı sahələrin birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri Ş.Şükürlü, E.Əlizadə və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar. Araşdırma aparılır.
Zəngilan rayon sakini E.Məmmədovdan marixuana götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Zəngilan rayon sakini E.Məmmədovdan 112 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
İmişli rayonunun Muradxanlı kəndi ərazisində kənd sakini İ.Nəzərov tərəfindən yetişdirilən çətənə kolları götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Muradxanlı kəndi ərazisində kənd sakini İ.Nəzərov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.