Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonu ərazisində bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən R.Şahbazov saxlanılıb
16.09.2023
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən H.Eyvazov saxlanılıb
Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindəki mənzillərin birindən 25000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2743 manatını oğurlamaqda şübhəli bilinən M.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2743 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Mahmudov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisində saxlanılan B.Əsgərovdan marixuana aşkar olunaraq götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş B.Əsgərovdan 8 qrama yaxın, evinə baxış zamanı isə 420 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qax şəhər sakini A.Abdurahmanova məxsus “Tofaş” markalı avtomobildən marixuana götürülüb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abdurahmanova məxsus “Tofaş” markalı avtomobilə baxış zamanı oradan 470 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
15.09.2023
Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi silah-sursat aşkar olunaraq götürülüb
Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.
Əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini Y.Rəhimov və Neftçala rayon sakini Ş.Bayramov saxlanılıblar
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Y.Rəhimov və Neftçala rayon sakini Ş.Bayramov saxlanılıblar. Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.