Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini M.Mahmudovun yaşadığı evdən narkotik vasitələr və elektron tərəzi aşkar olunaraq götürülüb
17.09.2023
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisində bir avtomobildən pul və təmir alətləri oğurlamaqda şübhəli bilinən Ş.Məmmədov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “VAZ-2106” markalı bir avtomobildən pul və 1700 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Binəqədi qəsəbəsindəki evlərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən E.Abışov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsindəki evlərin birindən 1900 manat pul və 240 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abışov saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın mühərrikini oğurlamaqda şübhəli bilinən S.Müslümov saxlanılıb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini S.Müslümov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Cəlilabad şəhər sakini M.Həşimovdan qanunsuz saxladığı ov tüfəngi və 63 ədəd patron götürülüb
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Həşimovdan qanunsuz saxladığı “İJ-56” markalı ov tüfəngi və 63 ədəd patron aşkar olunaraq götürülüb.
Nizami rayonu ərazisində 2 mağazadan pul, 4245 manat dəyərində mobil telefon və aksesuarlar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 13-də və 14-də rayon ərazisində 2 mağazadan pul, 4245 manat dəyərində mobil telefon və aksesuarlar oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş H.Qocayev və Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini S.Həsənovdan 454 qrama yaxın marixuana götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini S.Həsənovdan 454 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Ağcabədi rayonunun Hindarx qəsəbə sakini M.Allahverdiyevin evindən 3 kiloqramdan artıq marixuana götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hindarx qəsəbə sakini M.Allahverdiyevin evinə baxış zamanı oradan 3 kiloqram 25 qram marixuana aşkar olunaraq götürülüb.
Şəmkir rayon sakini R.Həsənovdan marixuana aşkar olunaraq götürülüb
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan 1 qramdan artıq, idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı isə oradan 325 qram marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
16.09.2023
Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.