Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əvvəllər məhkum olunmuş A.İsayevin evindən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
19.09.2023
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.İsayevin yaşadığı Şirinbəy kəndindəki evə baxış zamanı oradan 1 kiloqram 15 qram marixuana aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Düyərli kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Düyərli kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitən 11 ton 223 kiloqram çəkidə 10324 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bakı şəhər sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.Tağıyev saxlanılıb
18.09.2023
Bakı şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 1000 manatı, bank kartı və sənədi olan çantasını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində A.Hüseynova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini R.Şahbazov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində A.Hüseynova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində 2 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Vahabov saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Vahabov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində rabitə naqilini və optik kabeli oğurlamaqda şübhəli bilinən C.Şirinov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İnşaatçılar qəsəbəsi ərazisində binalara məxsus 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Şirinov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Həsənquliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 273 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Həsənquliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini X.Hüseynova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini X.Hüseynova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini R.Əhmədovdan heroin və metamfetamin aşkar olunaraq götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Əhmədovdan 131 qrama yaxın heroin və 364 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
17.09.2023
Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.