Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Digər avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını oğurlayaraq istifadə etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ağayev saxlanılmışdır
20.09.2023
“KİA” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Ağayev sentyabrın 20-də onları özünə məxsus “KİA” markalı avtomobilin üzərinə bağlayıb idarə edərkən Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Məmmədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 18-də rayon ərazisində yerləşən ofislərin birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
3 baş qoyun oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri Ə.Məmmədov və R.Ağacanov saxlanılıblar
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasab, Bədişqala və İmamqulukənd kəndləri ərazisindən 3 baş qoyun oğurlamaqda şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Ə.Məmmədov və R.Ağacanov saxlanılıblar.
Bakı şəhər sakini S.Nadirovadan 100 qrama yaxın heroin və 81 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Nadirovadan 100 qrama yaxın heroin və 81 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Salyan rayonunun Kərimbəyli kənd sakini N.Nağıyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərimbəyli kənd sakini, əvvəllər məhkum olunmuş N.Nağıyevdən 420 qram marixuana və həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Yabanı halda bitən 3,5 ton çəkidə 5094 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Sumaylı kəndi ərazisində yabanı halda bitən 3,5 ton çəkidə 5094 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Nərimanov rayonu ərazisindəki mağazalardan birinin anbarından 76000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
19.09.2023
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazalardan birinin anbarından 76000 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Haqverdiyev saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində avtomobilin mühərrik hissəsini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-na keçən gecə Mehdiabad qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində “İsuzu” markalı avtomobilin 1500 manat dəyərində mühərrik hissəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov və Beyləqan rayon sakini İ.Əsgərov saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Zeynalovdan və onun idarə etdiyi avtomobildən narkotik vasitələr aşkar olunaraq götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılıb. Şəxsi axtarış və idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı 70 qrama yaxın metamfetamin, 112 qramdan çox tiryək, 7 ədəd metadon həbi, heroin və marixuana aşkar olunaraq götürülüb.
Astara rayonunun Siyatük kənd sakini V.Şabanovun evindən marixuana aşkar olunaraq götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Siyatük kənd sakini V.Şabanovun evinə baxış zamanı oradan 306 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.