Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quba rayonunun Zərdabi qəsəbə sakini E.Məmmədovun idarə etdiyi avtomobildən 405 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
22.09.2023
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zərdabi qəsəbə sakini E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan və baxış zamanı idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 405 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Sumqayıt sakini Ş.Nəzərov müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir qadının bank kartından hesabındakı 500 manatını və bir həyətdən məişət əşyası oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini Ş.Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini A.Məhərrəmovdan 450 qram marixuana aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini A.Məhərrəmovdan 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qaradağda anbarlardan birindən 106 min manat dəyərində 84 ədəd noutbuk və kompüter avadanlıqları oğurlayan 3 nəfər saxlanılıb
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 ədəd noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bilidirib. Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adları qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində avtomobil sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini H.Hüseynov və Bərdə rayon sakini olan qadın saxlanılıblar
21.09.2023
Sentyabrın 20-də saat 06 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub. Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini H.Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.
Bakı şəhər sakini olan bir nəfərin cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Mahmudova saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2970 manatı, 4 ədəd bank kartı və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Mahmudova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Salyan rayonunun Qaraçala qəsəbə sakini olan qadının bank kartından pulunu oğurlamaqda şübhəli bilinən V.İbrahimov saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 28-də Qaraçala qəsəbə sakini olan qadının bank kartından hesabındakı 290 manatını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V.İbrahimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini C.Əzizovdan 1 kiloqramdan artıq heroin, marixuana və metadon həbləri götürülüb
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini C.Əzizovdan 1 kiloqramdan artıq heroin, 855 qram marixuana və 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Quba rayonunun Amsar kənd sakini İ.Məmmədova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Amsar kənd sakini İ.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 314 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Xaçmaz rayonunun Pərdiqıran kəndi ərazisində 2 sot sahədən yabanı halda bitən çətənə kolları məhv edilib
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Pərdiqıran kəndi ərazisində 2 sot sahədən yabanı halda bitən 1,2 ton çəkidə 621 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.