Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yabanı halda bitən 3,3 tondan artıq çəkidə 4582 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
26.09.2023
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən 3,3 tondan artıq çəkidə 4582 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
25.09.2023
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 7-də Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Şərifov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 18-də Bakıxanov qəsəbəsindəki mənzillərin birindən 1500 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Vəlixanov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Musayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Süleymanovdan metamfetamin aşkar olunaraq götürülüb
24.09.2023
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun sentyabrın 13-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 777 manatını oğurlaması da müəyyən olunub.
Xaçmaz rayonunun Pərdiqıran kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Pərdiqıran kəndi ərazisində 2,7 sot sahədən yabanı halda bitən 1,7 tona yaxın çəkidə 825 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yasamal rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini C.Məmmədov saxlanılıb
23.09.2023
Sentyabrın 17-də səhər saatlarında Yasamal rayonu ərazisində bir nəfərin mənzilində quldurluq yolu ilə 3000 manat pulunun talanması, bank kartından isə 8000 manatının bu əməli törədən şəxsin hesabına köçürülməsi barədə polisə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində avtomobilin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən S.Mustafazadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birində “AzSamand” markalı avtomobilin 2500 manat dəyərində ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini S.Mustafazadə saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz dəmir yolu stansiyası ərazisindən 135 metr rabitə naqilini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sentyabrın 22-də saat 23 radələrində Xaçmaz dəmir yolu stansiyası ərazisindən 135 metr rabitə naqilini oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakinləri A.Əliyev və C.Mədətov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini M.Süleymanovdan marixuana götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini M.Süleymanovdan 440 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
2400 manat dəyərində darvaza və dəmir oğurlamaqda şübhəli bilinən Qaradağ qəsəbə sakinləri F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar
22.09.2023
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-dan 21-dək olan müddətdə Ələt qəsəbəsi ərazisində yerləşən zavoddan 2400 manat dəyərində darvaza və dəmir oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş F.Abbasov, X.Həsənov, S.Bayramov və S.Dadaşzadə saxlanılıblar. Araşdırma aparılır.