Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Culfa rayonunun Milax kənd sakini F.Tağıyevin evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
27.09.2023
Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Milax kənd sakini F.Tağıyevin evinə baxış zamanı qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Mingəçevir şəhər sakini A.Həsənovdan 475 qramdan artıq marixuana götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənovdan 475 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Bakı şəhər sakini C.Məmmədovdan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini C.Məmmədovdan 2 kiloqram 680 qram marixuana aşkar olunaraq götürülüb.
Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini E.Balabəyova məxsus həyətyanı sahədən çətənə kolları aşkar olunaraq götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qımılqışlaq kənd sakini E.Balabəyova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Rəcəbov və E.Qasımov müəyyən olunaraq saxlanılıblar
26.09.2023
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 24-də bir nəfərin 600 ABŞ dollarını, mobil telefonunu, gümüş üzüyü və saatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Rəcəbov və E.Qasımov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Gözəlov müəyyən olunaraq axlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 6-da Saatlı rayon sakini E.Muradovun 700 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Gözəlov müəyyən olunaraq axlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Qəhrəmanov saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində “İkarus” və “KamAZ” markalı iki avtomobildən 3 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qəhrəmanov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Sultanov saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsi ərazisində bir evdən 1500 manat və 1000 ABŞ dolları pul, iki evdən isə 5300 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Sultanov saxlanılıb. Araşdırma aparılır.
Quba şəhər sakini R.Şahmirzəyevdən və icarədarı olduğu sexə baxış zamanı oradan 450 qramdan artıq çəkidə marixuana aşkar olunaraq götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Şahmirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan və icarədarı olduğu sexə baxış zamanı oradan 450 qramdan artıq çəkidə marixuana aşkar olunaraq götürülüb.
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini E.Əskərovdan 480 qram marixuana aşkar olunaraq götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əskərovdan 480 qram marixuana aşkar olunaraq götürülüb.