Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində iki avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Quliyev saxlanılıb
28.09.2023
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində “KİA” və “Hyundai” markalı iki avtomobildən pul, bank kartı, gödəkcə və qiymət oxudan cihaz oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Bakı şəhər sakini R.Vəliyevdən 200 qramdan artıq metamfetamin götürülüb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Vəliyevdən 200 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Kürdəmir rayon sakini İ.Mustafayevin həyətyanı sahəsindən çətənə kolları və üzərindən 7 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İ.Mustafayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu və üzərindən 7 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Qəbələ rayonunun Yemişanlı kənd sakini S.Eyvazovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yemişanlı kənd sakini S.Eyvazovdan qanunsuz saxladığı “Bum” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xətaidə narkotiklərin satışını təşkil edən şəxslərdən 13 kiloqram heroin və 2 ədəd odlu silah olan tapança aşkar edilib
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. Xətai Rayon Polis İdarəsi, Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar. Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq 1 ədəd “Naqan”, Sənan Məmmədovdan isə “TT” markalı odlu silah tapança aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Nizami rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Süleymanov və T.Tahirov saxlanılıblar
27.09.2023
Sentyabrın 24-də saat 22 radələrində Nizami rayonu ərazisində yerləşən marketlərin birində nəzarətçinin 240 manat dəyərində 5 qutu şokoladı oğurlamağa cəhd göstərən şəxsi saxlamaq istəyərkən həmin şəxsin onun üzərinə kəsici alət çıxararaq oradan uzaqlaşması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Süleymanov və T.Tahirov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı S.Süleymanovdan metamfetamin və 1 ədəd bıçaq, T.Tahirovdan isə metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev və Kimyaçılar qəsəbələri ərazilərində marşrut avtobuslarında üç nəfərin cüzdanlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev və Kimyaçılar qəsəbələri ərazilərində marşrut avtobuslarında üç nəfərin içərisində pulu, bank kartları və sənədləri olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Tağıyev və A.Məmmədov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən 3 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Xəlilov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsi ərazisində yerləşən 3 mağazadan ümumilikdə 550 manat pul, 2200 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları və müşahidə kamerasının blokunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xəlilov saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindəki mağazaların birindən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini P.Xəlilov saxlanılıb
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3180 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş P.Xəlilov saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki evlərin birindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Həmzəyev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 25-nə keçən gecə şəhər ərazisindəki evlərin birindən 3300 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş E.Həmzəyev saxlanılıb. Araşdırma aparılır.