Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini O.Səmədovdan 40 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb
29.09.2023
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Səmədovdan 40 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əsgərov müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 28-də Yardımlı rayon sakininin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əsgərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 27-də paytaxt sakini O.Şahverdiyevin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini S.Mahmudovdan 468 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mahmudovdan 468 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb
Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov saxlanılıblar. Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Bərdə şəhər sakini A.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobildən silah-sursat aşkar olunaraq götürülüb
28.09.2023
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan Kalaşnikov konstruksiyalı “AMD” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lənkəran rayonunun Siyablı kəndi ərazisində A.Mirzəyevə və Z.Abbasova məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən R.Babayev saxlanılıb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Siyablı kəndi ərazisində A.Mirzəyevə və Z.Abbasova məxsus 2 baş inəyi oğurlamaqda şübhəli bilinən Şovu kənd sakini, əvvəllər məhkum olunmuş R.Babayev saxlanılıb. Araşdırmalarla onun Lerik rayon sakini Ə.Sultanov və İ.Sultanovla birgə daha 9 nəfərə məxsus ümumilikdə 10 baş inəyi oğurlamaları da müəyyən olunub. Davam etdirilən tədbirlərlə Ə.Sultanov və İ.Sultanov da saxlanılıblar. Araşdırma aparılır.
Sumqayıt şəhərinin Betonzavod ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə saxlanılıblar
Sentyabrın 28-də Sumqayıt şəhərinin Betonzavod ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakinləri N.Mərdanzadə, E.Mövlüdov, əvvəllər məhkum olunmuşlar H.Nurəliyev, F.Ağabalazadə və Bakı şəhər sakini A.Həsənov Sumqayıt şəhəri ərazisində avtomobillə saxlanılıblar.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 27-də Binə qəsəbəsi ərazisində “VAZ-2107” markalı bir avtomobildən 2300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Allahverdiyev saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində üç avtomobildən oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini O.Quluzadə saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində iki “Mercedes” və bir “Opel” markalı avtomobildən pul, maqnitofon, planşet və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.