Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində bir nəfərin pulunu, mobil telefon, bank kartları və sənədlərini quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ş.Zeynalova saxlanılıb
30.09.2023
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 27-də Binəqədi qəsəbəsi ərazisində Zərdab rayon sakini olan bir nəfərin 200 manat pulunu, mobil telefon, bank kartları və sənədlərini quldurluq yolu ilə talamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər də oğurluq və quldurluğa görə məhkum olunmuş Ş.Zeynalova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Q.Cəbrayılov və İ.Abdullayev saxlanılıblar
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsi ərazisindəki evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Q.Cəbrayılov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılıblar. Araşdırmalarla onların sentyabrın 30-na keçən gecə qəsəbə ərazisində bir mağazadan 500 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlaması da müəyyən olunub.
Nizami rayonu ərazisində Masallı rayon sakini olan bir nəfərin cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 19-da rayon ərazisində Masallı rayon sakini olan bir nəfərin içərisində 850 manatı, 400 ABŞ dolları və sənədləri olan cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Hadıyev, Biləsuvar rayon sakinləri N.Rüstəmov və əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıblar. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində Yardımlı rayon sakini olan bir nəfərin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən M.Mustafayev saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 28-də rayon ərazisində Yardımlı rayon sakini olan bir nəfərin pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Mustafayev müəyyən olunaraq saxlanılıb. Arşadırma aparılır.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini olan qadının bank kartından hesabındakı 900 manatı oğurlamaqda şübhəli bilinən M.Salmanzadə saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 31-də Aşağı Güzdək qəsəbə sakini olan qadının bank kartından hesabındakı 900 manatı oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini M.Salmanzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakinləri B.Məmmədov və K.Abdüləzimovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş B.Məmmədovdan 9 qramdan artıq, yaşadığı mənzilə baxış zamanı isə 475 qram marixuana, şəhər sakini, əvvəllər məhkum olunmuş K.Abdüləzimovdan isə 465 qram marixuana aşkar olunaraq götürülüb.
Polisin keçirdiyi əməliyyat zamanı ölkəyə 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən 3 nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-cı il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərdən, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2000 ədəd "metadon" həbi, elektron tərəzilər və narkotiklərin qanusuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkar edilib.Araşdırmlarla T.Həsənov, P.Mehdizadə və M.Aslanlının şəxsiyyətləri istintaqla araşdırılan "Münəccim" və “Səxavət” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri Biləsuvar və Qaradağ rayonları ərazisində yol kənarında gizlədilən yerdən satmaq məqsədilə əldə etdikləri müəyyən edilib. Saxlanılan şəxslər ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olublar.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir Sonda vətəndaşları diqqətli və məsuliyyətli olmağa, o cümlədən sosial şəbəkələrdə narkotik maddələr təklif edən əsasən xaricdən idarə olunan səhifələrin yalan, həmçinin şirnikləndirici vədlərinə inanmamağa çağırırıq.
Bakı şəhər sakini S.Dadaşovdan heroin aşkar olunaraq götürülüb
29.09.2023
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan heroin aşkar olunaraq götürülüb.Araşdırmalarla onun rayon ərazisində bir nəfərin 1000 manat dəyərində velosipedini və Mərdəkan qəsəbəsindəki bir obyektdən kompüter, su mühərriki və otbiçən oğurlaması da müəyyən olunub.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Cəfərzadə müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 2-də rayon ərazisindəki marketlərin birindən posterminal aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini A.Məmmədov müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir qadının bank kartından hesabındakı 318 manatı oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.