Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Masallı şəhər sakini C.Bəyəliyevdən marixuana götürülüb
03.10.2023
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş C.Bəyəliyevdən 400 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsində həyətlərin birindən moped oğurlamaqda şübhəli bilinən E.Kərimov saxlanılıb
02.10.2023
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 2-nə keçən gecə Binə qəsəbəsində həyətlərin birindən moped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kərimov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Qobu qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Əzizov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qobu qəsəbəsindəki evlərin birindən 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Əzizov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan Hava Limanı ərazisində Qaraçuq kənd sakini M.Ələkbərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Naxçıvan DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Naxçıvan Hava Limanı ərazisində Qaraçuq kənd sakini M.Ələkbərovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Naxçıvan şəhərindəki evlərin birindən 2000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ş.Mirzəyev saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 1-də Naxçıvan şəhərindəki evlərin birindən 2000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Əliabad qəsəbə sakini Ş.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonunda keçirilən əməliyyatlar zamanı ölkəyə 24 kiloqram narkotik vasitə gətirən daha 7 nəfər tutulub
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər - 1993-cü il təvəllüdlü Həsən Hacızadə, 1991-ci il təvəllüdlü Emil Əliyev, 1987-ci il təvəllüdlü Rüfət Mehdiyev, 1999-cu il təvəllüdlü Nəriman Səfərov, 1982-ci il təvəllüdlü Hamayıl Abdullayeva,1986-cı il təvəllüdlü Vüqar Həsənov və 1989-cu il təvəllüdlü Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Onlardan 24 kiloqram, o cümlədən güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd "metadon" həbi və elektron tərəzilər aşkar edilib.Araşdırmlarla saxlanılanların şəxsiyyətləri istintaqla araşdırılan "Səid" və “Abbas” adlı İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən edilib.Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, 2023-cü ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 60 kiloqramdan artıq müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Binəqədi rayonu ərazisində iki evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cabbarov saxlanılıb
01.10.2023
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində iki evdən ümumilikdə 700 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cabbarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki mağazaların birindən cüzdan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki mağazaların birindən içərisində 2000 manat və mobil telefon olan cüzdan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Dolya və əvvəllər məhkum olunmuş E.Xudiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində bir nəfərin cüzdanını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən A.Mustafayev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 24-də bir nəfərin içərisində 473 manatı və bank kartı olan cüzdanını oğurlamaqda, kartından isə 143 manat çıxarmaqda şübhəli bilinən Nübar qəsəbə sakini A.Mustafayev saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki mağazaların birindən 15000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən M.Rzayev saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 15000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə sakini M.Rzayev saxlanılıb. Araşdırma aparılır.