Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Əzizov saxlanılıb
04.10.2023
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Güzdək qəsəbəsindəki evlərin birindən 1300 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzizov saxlanılıb. Araşdırmalarla onun Qobu qəsəbəsində digər bir evdən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Masallı şəhəri ərazisindəki evlərin birindən 48000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən 48000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini N.Eyvazova və F.Əhmədov saxlanılıblar. Araşdırma aparılır.
Şəki rayon sakinləri B.Məmmədsaatovdan və T.Nuruyevdən qanunsuz saxladıqları ov tüfəngləri və patronlar götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Baş Kəldək kənd sakini B.Məmmədsaatovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi və 15 ədəd patron, Kiçik Dəhnə kənd sakini T.Nuruyevdən “TOZ” markalı 2 ov tüfəngi və 63 ədəd patron götürülüb.
Bakı şəhər sakini E. Hüseynovdan narkotik vasitələr və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E. Hüseynovdan 20 kiloqram 40 qramdan artıq marixuana, 11 qramdan çox heroin, 7,4 qram metamfetamin, metadon və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Yevlax şəhər sakini E.Babayevdən marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini E.Babayevdən 445 qram marixuana aşkar olunaraq götürülüb.
Şərur rayonunun Maxta kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Maxta kəndi ərazisində 3 hektar sahədən yabanı halda bitən 1500 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Şəmkir şəhərinin meşəlik ərazisində 1 hektar sahədən yabanı halda bitən 2,4 tona yaxın çəkidə çətənə kolları aşkar olunaraq məhv edilib
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində şəhərin meşəlik ərazisində 1 hektar sahədən yabanı halda bitən 2,4 tona yaxın çəkidə 8153 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində avtomobildə sürücünün pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən H.Əhmədzadə saxlanılıb
03.10.2023
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sürücünün pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş H.Əhmədzadə saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində üç avtomobildən pul və mobil telefonlar oğurlamaqda şübhəli bilinən Y.Cabbarov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “VAZ-21099”, “Opel” və “Nissan” markalı üç avtomobildən pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş Y.Cabbarov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini P.Məlikovdan heroin aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş P.Məlikov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun “Toyota” markalı avtomobilinə baxış zamanı isə oradan 407 qramdan artıq heroin, 98 qramdan çox metamfetamin, 2 ədəd elektron tərəzi və 1 ədəd bıçaq götürülüb. Araşdırma aparılır.