Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisindəki evlərin birindən çərisində 3000 manat olan cüzdanı oğurlamaqda şübhəli bilinən M.Rəhimli saxlanılıb
05.10.2023
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3000 manat olan cüzdanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Rəhimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.Məmmədov saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-də şəhər ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini S.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yaşayan Ş.Süleymanovanın evindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zəyəm Cırdaxan kəndində yaşayan Ş.Süleymanovanın evinə baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
İşə düzəltmə adı altında 181 nəfəri aldadan şəxs saxlanılıb
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksək maaşla iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində yerləşən gözəllik salonlarının birində bir qadının çantasını oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini N.Ağamuradov saxlanılıb
04.10.2023
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 22-də Ə.Naxçıvani küçəsində yerləşən gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində pul və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir evdən, bir oyun zalından və bir restorandan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Kərimli saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir evdən və bir oyun zalından 2 ədəd kondisioner və məişət əşyaları, bir restorandan isə 2 ədəd kondisioner mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Kərimli saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunun İ.Dadaşov küçəsində yerləşən marketlərin birindən qiymət göstərən cihazı oğurlamaqda şübhəli bilinən N.Nəsibov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Dadaşov küçəsində yerləşən marketlərin birindən qiymət göstərən cihazı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Nəsibov saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartından 650 manat dəyərində alış-veriş etməkdə şübhəli bilinən R.Nuriyev saxlanılıb
Sentyabrın 15-də Bakı şəhər sakini olan bir nəfərin içərisində sənədləri və bank kartları olan cüzdanını itirməsi və bank kartından 650 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nuriyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində 3 avtomobildən və bir evdən oğurluq etməkdə şübhəli bilinən C.Hüseynov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “KİA” və “Mercedes” markalı 3 avtomobildən və bir evdən pul, bank kartı və mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 970 manatını oğurlamaqda şübhəli bilinən R.İsgəndərov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 970 manatını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.İsgəndərov saxlanılıb. Araşdırma aparılır.