Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunda 3 nəfərdən 9 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
07.10.2023
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı 1975-ci il təvəllüdlü Zaur Zəkiyev, 1989-cu il təvəllüdlü Nahid Əzizov və əvvəllər məhkum olunmuş 1989-cu təvəllüdlü Rövşən Vəliyev saxlanılıblar. Zaur Zəkiyevdən 7 kiloqram heroin, marixuana və kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolu, Nahid Əzizovdan 2 kiloqram heroin, 1 ədəd elektron tərəzi, Rövşən Vəliyevdən isə 200 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılanlar narkotikləri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Sumqayıt şəhəri ərazisində “Howo” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən S.Quliyev saxlanılıb
06.10.2023
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “Howo” markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini E.Fərzəliyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərinin ərazisində “Toyota” markalı avtomobildən içərisində 800 manat, bank kartı və sənədlər olan cüzdan oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini E.Fərzəliyev saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayonunun Dəllər kəndi ərazisindən 7 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də Dəllər kəndi ərazisindən kənd sakini V.İsmayılova məxsus 7 baş qoyunu oğurlamaqda şübhəli bilinən kənd sakinləri R.Fərzəliyev və S.Cəlilov saxlanılıblar.
Qazax rayon sakini A.Mirzəyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş A.Mirzəyevdən qanunsuz saxladığı nömrəsi silinmiş və lüləsi kəsilmiş “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ordubad rayonunun Nüsnüs kəndi ərazisində yabanı halda bitən xaşxaş kolları məhv edilib
Ordubad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nüsnüs kəndi ərazisində yabanı halda bitən 1000 ədəd xaşxaş kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 7 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib. Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib. Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Oktyabrın 4-də bir qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Ələkbərov saxlanılıb
05.10.2023
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 4-də bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ələkbərov saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini E.Rəhimov saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-nə keçən gecə Binə qəsəbəsində “Fiat” markalı avtomobildən 600 manat pul, bank kartları və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Rəhimov saxlanılıb. Araşdırmalarla onun qəsəbə ərazisində 4 evdən məişət əşyaları, inşaat materialları, təmir alətləri və 2 ədəd daş kəsən aparat oğurlaması da müəyyən olunub.
Bakı şəhər sakininin bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən O.Məmmədov saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakininin bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini O.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.