Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini M.Müslümovun mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən C.Quliyev saxlanılıb
08.10.2023
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini M.Müslümovun mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini C.Quliyev saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində bir avtomobildən bank kartı oğurlamaqda və həmin kartdan hesabındakı pulu çıxarmaqda şübhəli bilinən A.Əkbərzadə saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 6-da A.M.Şərifzadə küçəsində “Mercedes” markalı avtomobildən bank kartı oğurlamaqda və həmin kartdan hesabındakı 370 manatı çıxarmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Əkbərzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağdaş rayonunun Qaradağlı kənd sakini S.Abbasovun yaşadığı evin həyətindən 2 kiloqramdan artıq marixuana götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağlı kənd sakini S.Abbasovun yaşadığı evin həyətinə baxış zamanı oradan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Şəmkir rayon sakinləri E.Quliyevdən və S.Cəlilovdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zəyəm-Cırdaxan kənd sakinləri E.Quliyevdən və S.Cəlilovdan qanunsuz saxladıqları 2 ədəd ov tüfəngi götürülüb.
Göygöl rayonunun Zurnabad kənd sakini R.İsgəndərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zurnabad kənd sakini R.İsgəndərovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
07.10.2023
Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini R.İsrafilovanın çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən E.Əflatunov saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.İsrafilovanın çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əflatunov saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində həyətlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Məsimov və V.İsayev saxlanılıblar
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 6-da Qaraçuxur qəsəbəsində həyətlərin birindən 1227 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Məsimov və V.İsayev saxlanılıblar. Araşdırma aparılır.
Xətai rayonunun M.Hadi küçəsində yerləşən bir mağazadan ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Babayev saxlanılıb
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Hadi küçəsində yerləşən bir mağazadan 3200 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini A.Tağıyevdən marixuana götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Tağıyevdən 293 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.