Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakininin cüzdanını oğurlamaqda və həmin kartdan pul çıxarmaqda şübhəli bilinən İ.Dəstəlizadə saxlanılıb
10.10.2023
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 400 manatı və bank kartı olan cüzdanını oğurlamaqda və həmin kartdan hesabındakı 565 manatı çıxarmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Dəstəlizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğuz rayonunun Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən pul oğurlamaqda şübhəli bilinən Ə.Qocayev saxlanılıb
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən 10808 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Qocayev saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Gülmalıyev saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 6-da rayon ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş S.Gülmalıyev saxlanılıb. Araşdırmalarla onun Səbail rayonu ərazisində daha iki nəfərin mobil telefonunu oğurlaması da müəyyən olunub.
Xətai rayonu ərazisindəki bankomatların birində Bakı şəhər sakininin 1750 manat pulunu oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılıb
09.10.2023
Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bankomatların birində Bakı şəhər sakininin 1750 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərinin birində müxtəlif vaxtlarda iki nəfərin pulunu oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki ticarət mərkəzlərinin birində müxtəlif vaxtlarda iki nəfərin ümumilikdə 2430 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan iki nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən V.Məmmədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan iki nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən bir tikintidən təmir alətləri oğurlamaqda şübhəli bilinən F.Baxışov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 4-də rayon ərazisində yerləşən bir tikintidən 3000 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən F.Baxışov saxlanılıb. Araşdırma aparılır.
Ötən gün Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Bölməyə əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Evə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanaraq götürülüb. A.İsmayılov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkar edilib
Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib.DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb. Fermer təsərrüafatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib. Araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
08.10.2023
Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.