Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini E.Əliyev saxlanılıb
12.10.2023
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 12000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində “VAZ-2102” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 11-də rayon ərazisində “VAZ-2102” markalı avtomobildən içərisində pul, bank kartları və sənəd olan cüzdan oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Onun borclu qismində axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır.
Ağdaş rayonunun Güvəkənd kənd sakini İ.Məmmədovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Güvəkənd kənd sakini İ.Məmmədovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
İsmayıllı rayonunun Təzəkənd kənd sakini G.Babayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzəkənd kənd sakini G.Babayevdən qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şəhriyar kəndi ərazisində yabanı halda bitən 254 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Yasamal rayonunda 33 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən paytaxt sakinləri Loğman Mirzəzadə, Elbrus Hüseynov, Ələkbər Adıgözəlov, İlahə Hüseynova və Rövşən Vəliyev saxlanılıblar. Bu şəxslərdən 20 kiloqram tərkibi psixotrop maddələlərlə zənginləşdirilmiş marixuana, 3 kiloqram heroin və metamfetamin aşkar edilib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının son 15 gündə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsini təşkil 51 nəfər saxlanılıb. Onlardan ümumilikdə 33 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və satışı qadağan edilən həblər aşkar olunub. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Paytaxt sakininin bank kartından hesabındakı 390 manatını oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
11.10.2023
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakininin bank kartından hesabındakı 390 manatını oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Quliyev saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Cinayət Məcəlləsinin 178-cı (dələduzluq) maddəsi ilə axtarışda olan Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.
Mingəçevir şəhər sakini E.Süleymanlıdan marixuana aşkar olunaraq götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanlıdan 319 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.