Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zərdab rayonunun Pərvanlı kənd sakinləri O.Surxaylıdan və E.Abdullayevdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
14.10.2023
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Pərvanlı kənd sakinləri O.Surxaylıdan və E.Abdullayevdən qanunsuz saxladıqları 2 ədəd “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qusar rayonunun Kuzun Qışlaq kəndi ərazisində N.Sultanova qarşı soyğunçuluq etməkdə şübhəli bilinən N.Osmanov və B.Gülbabayev saxlanılıblar
13.10.2023
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 11-də Kuzun Qışlaq kəndi ərazisində N.Sultanovun mobil telefonunu və qol saatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – rayon sakini N.Osmanov və Quba rayon sakini B.Gülbabayev saxlanılıblar.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xırdalan şəhər sakininin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakininin bank kartından hesabındakı 500 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan qadın saxlanılıb. Araşdırma aparılır.
Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində saxlanılan “Mercedes” markalı avtomobildən 3 kiloqram marixuana aşkar olunaraq götürülüb
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dondar Quşçu kəndi ərazisində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobildə həmyerlisi olan sərnişini, əvvəllər məhkum olunmuş V.Məmmədovla birgə saxlanılıb. Şəxsi axtarış zamanı E.Zeynalovdan 1 qramdan artıq, avtomobilə baxış zamanı isə 3 kiloqram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini E.Rzayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızılhacılı qəsəbə sakini E.Rzayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində transformator və naqil oğurlamaqda şübhəli bilinən N.Əliyev və A.Alıyev saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsi ərazisində 2472 manat dəyərində transformator və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Əliyev və A.Alıyev saxlanılıblar. Araşdırma aparılır.
Qəbələ rayonunun Nic qəsəbəsi ərazisindən 5 baş inək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini A.Həsənəliyev saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Nic qəsəbəsi ərazisindən 5 baş inək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini A.Həsənəliyev saxlanılıb. Araşdırma aparılır.
Ucar rayonunun Məlikballı kəndi ərazisində yabanı halda bitən 391 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Məlikballı kəndi ərazisində yabanı halda bitən 618 kiloqram çəkidə 391 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tərtər rayonunun Umudlu kəndi ərazisində yabanı halda bitən 480 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Umudlu kəndi ərazisində yabanı halda bitən 480 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli saxlanılıb
12.10.2023
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.