Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quba rayonu ərazisində bir evdən və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən Qobustan şəhər sakini K.Nəsirov saxlanılıb
16.10.2023
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 500 manat dəyərində su mühərriki və samovar, bir həyətyanı sahədən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən Qobustan şəhər sakini K.Nəsirov saxlanılıb. Araşdırmalarla onun cari ilin iyul-avqust aylarında Amsar kəndindəki bir evdən 5750 manat dəyərində məişət əşyaları, bir obyektdən isə 7225 manat dəyərində naqil oğurlaması da müəyyən olunub.
Siyəzən rayonunun Beşdam kəndi ərazisində silah-sursat tapılıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Beşdam kəndi ərazisində “AKMS” markalı avtomat silah, 1 ədəd patron darağı və 5 ədəd patron tapılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan prioritet məsələlərdən biridir. Bu istiqamətdə intensiv mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfər saxlanılıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu, 1 ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər – Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Sonda bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edən zaman ehtiyatlı olmağı, xaricdən idarə olunan, şirnikləndirici vədlər verərək narkokuryerlik təklif edən səhifələrdən uzaq durmağı və belə halla rastlaşdıqda dərhal polisə məlumat verməyi tövsiyə edirik.
Paytaxtın Nizami rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən D.Gəncimova saxlanılıb
15.10.2023
DİN-in Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 8-də paytaxtın Nizami rayonu ərazisində bir qadının içərisində 500 manat pul və dərmanlar olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Gəncimova saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.
Biləsuvar rayon sakini M.Cabbarlının və Beyləqan rayon sakini A.Hüseynovun mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakini M.Cabbarlının və Beyləqan rayon sakini A.Hüseynovun mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini N.Qocayev, Beyləqan rayon sakini V.Əliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Qafarov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Masallı rayonunun Sərçuvar kəndi ərazisindəki daimi postda saxlanılan avtomobildə 1 kiloqramdan artıq marixuana aşkar edilib
14.10.2023
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Masallı rayonunun Sərçuvar kəndi ərazisindəki daimi postda Şəki şəhər sakini Q.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana aşkar edilib. O, avtomobillə birgə Masallı Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini A.Əliyev saxlanılıb
Oktyabrın 13-nə keçən gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən “VAZ-2108” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində “Toyota” markalı avtomobildən səsboğucu oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 1000 manat dəyərində səsboğucu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki kafelərin birindən oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini E.İsmayılov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 14-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən 3200 manat pul, içərisində 150 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini Ü.Nəsrullayevdən heroin və yüksək təsiredici xassəyə malik həb götürülüb
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Nəsrullayevdən 288 qrama yaxın heroin və yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Araşdırma aparılır.