Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtda polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir
19.10.2023
Paytaxt ərazisində hüquq qaydasının qorunması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. Oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib. Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bakı şəhər sakini O.Məmmədovdan narkotik vasitə aşkar edilərək götürülüb
18.10.2023
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş O.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun oktyabrın 17-də rayon ərazisində O.Rəhimova məxsus skuteri oğurlaması da müəyyən olunub.
Bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 14-də bir nəfərin bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər Məhsəti qəsəbə sakini S.Bədəlovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Məhsəti qəsəbə sakini S.Bədəlovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Beyləqan şəhər sakini A.Abışovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Abışovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Xətai rayonu ərazisində yerləşən tikinti sahəsindən inşaat materialları oğurlamaqda şübhəli bilinən S.Səfərəliyev və E.Allahverdiyev saxlanılıblar
17.10.2023
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 14-də Xətai rayonu ərazisində yerləşən tikinti sahəsindən 1400 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri S.Səfərəliyev və E.Allahverdiyev saxlanılıblar. Araşdırma aparılır.
Nərimanov rayonunun S.Rəhman küçəsində avtomobildən pul oğurlamaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 8-də S.Rəhman küçəsində “BMW” markalı avtomobildən 105 manat və 1100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Qasımov saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsində yerləşən marketlərin birindən 1200 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Qasımov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından ümumilikdə 486 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından ümumilikdə 486 manat pul oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri M.Miriyev və V.Nəzərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki evlərdən birinin zirzəmisindən silah-sursat tapılıb
16.10.2023
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraçuxur qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı, 22 ədəd müxtəlif çaplı patron və 2 ədəd təmizləyici penal tapılıb.