Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Neftçala rayonunun Xolqarabucaq kənd sakini B.Abdullayevdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb
20.10.2023
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xolqarabucaq kənd sakini B.Abdullayevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir - silah və narkotik vasitələr aşkarlanıb
Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.
Taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakininə saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Eynullayev saxlanılıb
19.10.2023
Oktyabrın 18-də taksi fəaliyyəti ilə məşğul olan paytaxt sakininə 20 manatlıq saxta əskinas verilməsi barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Eynullayev müəyyən olunaraq saxlanılıb. Ondan 3 ədəd 20 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 4150 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İ.Mahmudov müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 3 evdən ümumilikdə 4150 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birində satıcının 1500 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Şərur rayonunun Yengicə kənd sakini N.Qafarovun evinə baxış zamanı qanunsuz saxladığı lüləsi kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yengicə kənd sakini N.Qafarovun evinə baxış zamanı qanunsuz saxladığı lüləsi kəsilmiş “Baykal” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şəki şəhər sakini O.Məmmədovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini O.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan qanunsuz əkilib-becərilən 2 ədəd çətənə kolu və 815 qram marixuana götürülüb. Araşdırma aparılır.
Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini B.Rəhmanovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ulaşlı-Şıxlı kənd sakini B.Rəhmanovdan qanunsuz saxladığı “Barak” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər Cəyir kənd sakini K.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər Cəyir kənd sakini K.Həsənovdan qanunsuz saxladığı “İJ-17” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Bakıda narkotik və spirtli içkilərin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər
Paytaxt ərazisində yol hərəkətinin təhlükəsizliyi məqsədi ilə polis əməkdaşları tərəfindən oktyabrın 18-də keçirilən tədbirlər nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən ediliblər. Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalarla nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən 20, sərxoş vəziyyətdə avtomobil idarə edən 51, avtoxuliqanlıq edən 13, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliyə yol verən 22 nəfər taksi sürücüsü aşkarlanıb. Həmin sürücülərin sırasında çoxluq təşkil edənlər “Toyota Prius” markalı avtomobil idarə edən şəxslər olublar ki, onların da bir neçəsinin taksi fəaliyyəti adı altında paytaxt ərazisində narkokuryerlik etmələri məlum olub.Bakı şəhərində hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.