Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini A.Allahverdiyev saxlanılıb
22.10.2023
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən mağazaların birindən 1 ədəd velosiped, 5 ədəd oyuncaq dron və 5 ədəd skuter oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Allahverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən R.Şahbazov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Ceyranbatan qəsəbəsi ərazisindən qəsəbə sakini C.Məmmədova məxsus 2000 manat dəyərində iti oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini R.Şahbazov saxlanılıb. Araşdırma aparılır.
Qax rayonunun Fıstıqlı kəndi ərazisində iki mağazadan oğurluq etməkdə şübhəli bilinən Qum kənd sakini T.Mirzəyev saxlanılıb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-nə keçən gecə Fıstıqlı kəndi ərazisində iki mağazadan ümumilikdə 1650 manat pul, 200 manat dəyərində danışıq kartları və 74 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qum kənd sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş T.Mirzəyev saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Sərxanbəyli kənd sakini D.Bağırovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sərxanbəyli kənd sakini D.Bağırovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Goranboy şəhəri ərazisindəki mağazaların birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Z.Həsənov və K.İsayev saxlanılıblar
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də şəhər ərazisindəki mağazaların birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Həsənov və K.İsayev saxlanılıblar. Şəxsi axtarış zamanı K.İsayevdən heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində bir qadının çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən M.Mayılov saxlanılıb
21.10.2023
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Yeni Gəncə qəsəbəsi ərazisində şəhər sakini olan qadının içərisində pul, mobil telefon, sənəd və bank kartları olan çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Göygöl rayon sakini M.Mayılov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Ağlavaşlı kəndi ərazisində rayon Subartezian İdarəsinə məxsus transformatorun naqillərini oğurlamaqda şübhəli bilinən A.Abdullayev saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağlavaşlı kəndi ərazisində rayon Subartezian İdarəsinə məxsus transformatorun naqillərini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Abdullayev saxlanılıb. Araşdırma aparılır.
Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ötən gün də davam etdirilib
Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib. Oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb.Paytaxtda hüququpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini İ.Nuruyev müəyyən olunaraq saxlanılıb
20.10.2023
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhər sakini Ş.Hüseynovun yaşadığı evdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar olunaraq götürülüb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ş.Hüseynovun yaşadığı evdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.