Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Cavad kəndi ərazisindəki fermadan ov tüfəngi götürülüb
24.10.2023
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavad kəndi ərazisində rayon sakini E.Məlikova məxsus fermaya baxış zamanı oradan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayonunun Mollakənd kənd sakini U.Cəfərovun yaşadığı evdən ov tüfəngi götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mollakənd kənd sakini U.Cəfərovun yaşadığı evə baxış zamanı qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində 4 nəfərin cüzdanlarını oğurlamaqda şübhəli bilinən C.Abdullazadə saxlanılıb
23.10.2023
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində 4 nəfərin içərisində ümumilikdə 970 manat pulu, sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Abdullazadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini olan iki qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Q.Sultanov saxlanılıb
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də Bakı şəhər sakini olan iki qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Q.Sultanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yerləşən avtomobillərin təmiri sexindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Y.Quliyev saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 20-də rayon ərazisində yerləşən avtomobillərin təmiri sexindən 1080 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində iki mağazadan və bir aptekdən oğurluq etməkdə, bir mağazadan isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində bir mağazadan 15000 manat pul, digər mağazadan 400 manat pul və 100 manat dəyərində danışıq kartları, bir aptekdən 1484 manat pul və 380 manat dəyərində kameranın yaddaş qurğusunu oğurlamaqda, bir mağazadan isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Tovuz rayon sakini E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Əhmədabad kənd sakini R.Əyyubovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əhmədabad kənd sakini R.Əyyubovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinə naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib. Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.
Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkoik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Axtarışda olan Bakı şəhər sakini F.Xalıqov saxlanılıb
22.10.2023
Binəqədi RPİ-nin 6-cı və Qaradağ RPİ-nin 11-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 21-də Biləcəri qəsəbəsindəki evlərin birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılıb.