Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini R.Məhərrəmovdan marixuana götürülüb
25.10.2023
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məhərrəmovdan 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Quba şəhər sakini R.Həsənovdan marixuana götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini R.Həsənovdan 430 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Laçın rayon sakini E.Qaraşovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Laçın rayon sakini E.Qaraşovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ucar rayonunun Şahlıq kənd sakini Q.Şərifovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahlıq kənd sakini Q.Şərifovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Bakı şəhəri və Abşeron rayonunda marketlərdə quraşdırılan ödəniş terminallarından oğurluq edən şəxslər saxlanılıblar
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan içərisində 10362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar. Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub. Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Sumqayıt şəhər sakini E.Məmmədovdan silah-sursat aşkar olunaraq götürülüb
24.10.2023
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Məmmədovdan “F-1” markalı qumbara və 1 ədəd alışdırıcı aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakinləri V.Rüstəmovdan və F.Cəfərovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakinləri V.Rüstəmovdan 78 qrama yaxın marixuana və 12 ədəd metadon həbi, F.Cəfərovdan isə 112 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Nərimanov rayonu ərazisində yerləşən taxta bazarından taxta məmulatları oğurlamaqda şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən taxta bazarından 6200 manat dəyərində taxta məmulatları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Beyləqan rayonunun Eyvazlılar kənd sakini S.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Eyvazlılar kənd sakini S.Əliyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər-Daşbulaq kənd sakini S.Qasımovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər-Daşbulaq kənd sakini S.Qasımovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.