Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonu ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
27.10.2023
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən yarımtikilidən təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Əhmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 17-nə keçən gecə Masazır qəsəbəsi ərazisində yerləşən yarımtikilidən 1000 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini R.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Bir qrup Balakən rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakinləri R.Ömərovdan, M.Ağcayevdən və S.Umrayevdən qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən restoranların birindən pul oğurlamaqda şübhəli bilinən A.Qayıbov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 17-də Xırdalan şəhəri ərazisində yerləşən restoranların birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini A.Qayıbov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Ramana, Bülbülə və Əmircan qəsəbələri ərazisində 3 mağazadan oğurluq etməkdə şübhəli bilinən E.İsmayılov saxlanılıb
26.10.2023
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Yeni Ramana, Bülbülə və Əmircan qəsəbələri ərazisində 2 mağazadan ümumilikdə 350 manat pul və 1700 manat dəyərində tütün məmulatı, bir mağazadan isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayon sakini olan iki nəfərin bank kartlarından hesablarındakı pulu oğurlamaqda şübhəli bilinən K.Hüseynov saxlanılıb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini olan iki nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 9450 manat pulu oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə axtarışda olan Əlisoltanlı kənd sakini K.Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Bir qrup şəxsi kəsici alətlə hədələməkdə və pullarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əsgərov saxlanılıb
25.10.2023
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 23-də Bakı şəhər sakinləri P.Quliyevi, M.Namazovu, A.Hətəmovu və Sumqayıt şəhər sakini Ə.Nurzadəni kəsici alətlə hədələməkdə və Ə.Nurzadənin, A.Hətəmovun pullarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Əsgərov müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Z.Bağırzadəni aldadaraq pulunu almaqda, onun avtomobilindən mobil telefon və qulaqcıq oğurlamaqda şübhəli bilinən E.Fərzəliyev saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 22-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Z.Bağırzadəni aldadaraq 100 manatını almaqda, “Ford” markalı avtomobilindən isə 2300 manat dəyərində mobil telefon və qulaqcıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərzəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Qasımova məxsus skuteri oğurlamaqda şübhəli bilinən K.Əmirov saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 9-da Bakı şəhər sakini S.Qasımova məxsus skuteri oğurlamaqda şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş K.Əmirov saxlanılıb. Araşdırma aparılır.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində F.Baxşəliyevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini S.Məmmədov saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Baxşəliyevin 200 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.