Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Tərtər rayon sakini E.Quliyev müəyyən olunaraq saxlanılıb
28.10.2023
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən 1600 manat dəyərində qızıl qolbaq oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Yevlax şəhər sakini E.Babayevdən 475 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayevdən 475 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şahbuz rayon sakini P.Həzilinin yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 8 ədəd patron aşkar olunaraq götürülüb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahbuz rayon sakini P.Həzilinin yaşadığı evə baxış zamanı qanunsuz saxladığı “Teksan” markalı ov tüfəngi və 8 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Samux rayonunun Füzuli kənd sakini Ə.Həmzəyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Füzuli kənd sakini Ə.Həmzəyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Cağırğan kənd sakini H.Cəfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağırğan kənd sakini H.Cəfərovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ucar rayonunun Alpoud kənd sakini P.Musayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Alpoud kənd sakini P.Musayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şəmkir rayonunun Təzəkənd kənd sakini Ş.Abdullayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzəkənd kənd sakini Ş.Abdullayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunda profilaktiki tədbirlər keçirilib
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad, və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib. Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron, 1 ədəd patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan 1 ədəd “AK-74” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron,1 ədəd patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.Digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 12, “isti izlərlə” cinayətin açılması üzrə 9 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 41, xırda xuliqanlığa və xırda talamaya görə 49 fakt aşkarlanıb, mülki axtarışda olan 26 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 92, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən ümumilikdə 20, eləcə də dayanma-durma qaydalarını pozan 117 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda saxlanılan avtomobilin sürücüsünün narkotik vasitənin təsir altında olması müəyyən olunub
27.10.2023
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.