DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və  12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirilib

03.02.2024

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. 
Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=uQowEB8U7dw

 

03.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 03.02.2024
  • Bakı şəhər sakini İ.Ağayevdən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb 03.02.2024
  • Lökbatan qəsəbəsi ərazisində avtomobilindəki sərnişinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Quluzadə saxlanılıb 03.02.2024
  • “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və  12 min 791 ədəd psixotrop tərkibli həbi ələ keçirilib 03.02.2024