Soyğunçuluğa görə axtarışda olan S.Məmmədov saxlanılıb
04.02.2024Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan S.Məmmədov saxlanılıb.
Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub.
Araşdırma aparılır.