Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Fətəliyev saxlanılıb

06.02.2024

Fevralın 4-nə keçən gecə Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Fətəliyev saxlanılıb. 
Polis əməkdaşları həmin avtomobili onunla birlikdə Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş U.Əhmədovu da müəyyən edərək saxlayıblar. 
E.Fətəliyevin M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən daha bir “KamAZ” markalı avtomobili qaçırması da müəyyən olunub. Həmin avtomobil də polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində tapılıb.
Araşdırma aparılır. 

06.02.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub 06.02.2024
  • Sulutəpə qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Fətəliyev saxlanılıb 06.02.2024
  • Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluğa cəhd göstərən A.Hacıyev saxlanılıb 06.02.2024