Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Rəhimov saxlanılıb
09.02.2024Fevralın 3-də səhər saatlarında Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmi gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb.
Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.