Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonu ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən T.Cəfərov saxlanılıb
23.01.2024
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini T.Cəfərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Masazır qəsəbəsi ərazisində avtomobil sürücüsünü kəsici alətlə hədələyərək pulunu almaqda şübhəli bilinən S.Əmrahov və S.Əkbərov saxlanılıblar
Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 sərnişinin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini S.Əmrahov və Cəlilabad rayon sakini S.Əkbərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
22.01.2024
Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 22-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Nəsimi rayonu ərazisində bir nəfərə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Quliyev saxlanılıb
Yanvarın 19-da saat 23 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 160 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş R.Quliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən E.Abbasov saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 22-nə keçən gecə rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birində “BMW” markalı avtomobildən 2720 manat pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini E.Abbasov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələri ərazisindən dəyəri 1000 manatdan artıq olan rabitə naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov saxlanılıb
Sabunçu rayonunun Ramana və Sabunçu qəsəbələri ərazisindən dəyəri 1000 manatdan artıq olan rabitə naqilinin oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs saxlanılıb
Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb. Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.