Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 17,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
25.01.2024
Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq marixuana, 3,3 kiloqramdan çox heroin, 1,6 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bakı şəhər sakini A.Çərkəzovdan 3 ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Çərkəzov saxlanılıb. Ondan 3 ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Ooğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini R.Məmmədov müəyyən olunaraq saxlanılıb
Abşeron rayonu ərazisində Saray qəsəbə sakininin bank kartından hesabındakı 1230 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini olan daha bir nəfərin bank kartından hesabındakı 931 manatını oğurlaması da məlum olub.
Oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini M.Rzayev müəyyən olunaraq saxlanlılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri ilə Xırdalan şəhər sakininin içərisində pulu, sənədi və bank kartları olan pulqabısını, həmin bank kartından isə hesabındakı 647 manat pulunu oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Rzayev müəyyən olunaraq saxlanlılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rahil Kazımovun digər cinayət əməlləri də müəyyən edilib
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanvarın 19-da Nizami rayonu ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dollarını oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Kazımovun müxtəlif vaxtlarda daha bir qadının çantasından 700 manatını, bir nəfərin isə içərisində sənəd və bank kartları olan pulqabısını oğurlaması da müəyyən edilib.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Sadıxov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsində evlərin birindən 1500 manat dəyərində gümüş, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Sadıxov saxlanılıb. Araşdırmalarla onun narkotiklərlə əlaqəli cinayətə görə axtarışda olması da məlum olub.
Oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev müəyyən olunaraq saxlanılıb
Yanvarın 25-də Nərimanov rayonu ərazisində bir nəfərin 25000 manat pulunun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev saxlanılıb
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Sumqayıt şəhər Corat qəsəbə sakini S.Süleymanlıdan heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.
Yeni Günəşlidə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb, könüllü olaraq polisə 2 ədəd odlu silah təhvil verilib
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Həmin şəxslərdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən ikisi əvvəllər məhkum olunmuş T.Səfərli və Ö.Hacıəhmədovun Yeni Günəşli qəsəbəsində evlərdən kondisioner oğurladıqları da müəyyən edilib.Həmçinin, ötən gün Yeni Günəşli qəsəbəsində müvafiq sənədləri olmayan 2 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.