Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şamaxı rayonunun Meysəri kəndi ərazisində şirkətlərdən birinə məxsus ərazidən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Ş.Məmmədov saxlanılıb
16.12.2023
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Meysəri kəndi ərazisində şirkətlərdən birinə məxsus ərazidən 1500 metr internet naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən kənd sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Zaqatala rayonunun Mamırx kəndindəki iki evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən kənd sakini H.Paşayev saxlanılıb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 12-də Mamırx kəndindəki evlərin birindən 80.000 rubl pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 300 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları və bir mağazadan 3550 manat pul, 1023 manat dəyərində danışıq kartları, tütün məmulatı oğurlamaqda şübhəli bilinən kənd sakini H.Paşayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Quba rayonunun Rustov kənd sakini T.Heydərovdan marixuana götürülüb
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Rustov kənd sakini T.Heydərovdan 475 qram marixuana aşkar olunaraq götürülüb.
Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. R.İbrahimov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.
Sumqayıtda evlərdən 100 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar
Sumqayıt şəhərində evlərdən birindən oğurluq edilib. Zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək mənzilindən 4500 manat məbləğində pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Rəşad İsmayılov, Tural Hacıyev və Sahil Orucov saxlanılıblar. Araşdırmalar zamanı bu şəxslərin Sumqayıt şəhəri və ətraf ərazilərdə müxtəlif vaxtlarda ümumilikdə 8 mənzilə daxil olaraq pul və qiymətli əşyalar oğurladıqları məlum olub. Qeyd edək ki, dəstə üzvləri əsasən yaşayış evlərinin birinci mərtəbələrindəki mənzillərə daxil olublar. Onların zərərçəkənlərə ümumilikdə 100 min manata yaxın maddi ziyan vurublar. Faktlarla bağlı Sumqayıt ŞPİ-də araşdırmalar aparılır. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
DİN-in vətəndaşlara müraciətini sosial şəbəkələrdə dinləyən Pirallahı rayon sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxəış zamanı1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça, və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
Qanunsuz miqrasiyaya qarşı keçirilən növbəti tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan daha 11 nəfər saxlanılıb
Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 11 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.Araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində 74 cinayətin açılması təmin olunub
15.12.2023
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Dekabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat, 2 qumbara, 5 ədəd patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat və 6 tüfəng götürülüb.
Metro stansiyasında bir nəfərin çantasından pulqabısını oğurlamaqda şübhəli bilinən B.Binyatov saxlanılıb
Dekabrın 8-də metro stansiyasında bir nəfərin çantasından içərisində 1040 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Binyatov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.