Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bank kartından oğurluq
22.02.2024
Yasamal rayonu ərazisində bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısının və mobil telefonunun oğurlanması, həmin bank kartından isə 469 manatının çıxarılması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Əliyev və V.Şamıyev müəyyən olunaraq saxlanılıblar.
Bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş etməkdə şübhəli bilinən T.Hüseynov və E.Eyubov saxlanılıblar
Fevralın 17-də isə bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən T.Hüseynov və E.Eyubov müəyyən olunaraq saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.
Xəzər rayonunun Şağan qəsəbəsindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən B.İsmayılov və E.Əliyev saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şağan qəsəbəsində evlərin birindən 1600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar B.İsmayılov və E.Əliyev saxlanılıblar. Araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində avtomobil kondisioneri oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahil qəsəbəsi ərazisində 3000 manat dəyərində avtomobil kondisioneri oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
21.02.2024
Fevralın 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 3,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 21-də ümumi çəkisi 3,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bank kartlarından oğurluq edənlər saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb. Fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hər üç faktla bağlı araşdırma aparılır.
Narkotiklə tutulan şəxslərin bank kartlarından oğurluq etmələri də müəyyən olunub
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar H.Yadigarlı və R.Səlimzadə saxlanılıblar. Onlardan metamfetamin aşkar olunaraq götürülüb.H.Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat, R.Səlimzadənin isə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlaması, bir nəfəri isə aldadaraq 130 manat pulunu alması müəyyən olunub. Hər iki faktla bağlı araşdırma aparılır.