Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd “Makarov” tapançası aşkar edilib
01.02.2024
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib. Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı avtomat və 3 ədəd patron darağı aşkar edilib. Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib
Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
31.01.2024
Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 ədəd patron təhvil götürüblər.
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb
Yanvarın 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tapança, 1 tüfəng, 11 ədəd patron darağı və 33 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xırdalan şəhər sakini E.Rəhimovdan “AK” markalı avtomat silahı və 1 ədəd patron darağı götürülüb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Xırdalan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Rəhimov saxlanılıb. Ondan “AK” markalı avtomat silahı və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb.Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub. N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər. Bundan başqa Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Elçin Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Həmçinin Şöbə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı rayon sakini olan ümumilikdə 9 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
30.01.2024
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.