Mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
02.05.2024Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.