Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
22.03.2024
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 3,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 22-də ümumi çəkisi 3,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Səbail rayonunun Şıx qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücü E.Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib
Martın 20-də saat 16 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində “Ford” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan şəxs Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü E.Vəliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilərək Səbail RPİ-nin 41-ci Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunu oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar
Martın 22-də Maştağa qəsəbəsi ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar R.Cəfərov və E.Xıdırov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən R.Əhmədov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 20-də rayon ərazisindəki marketlərin birindən 600 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub
21.03.2024
Martın 21-də ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 qumbara, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlamaqda şübhəli bilinən N.Qasımov saxlanılıb
Martın 17-də Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.