Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 26 cinayətin açılması təmin olunub
20.03.2024
Ümumi çəkisi 13,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 20-də ümumi çəkisi 13,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqram 221 qram heroin, 2,4 kiloqrama yaxın metamfetamin, 2 kiloqramdan artıq marixuana, həmçinin 1020 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 20-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Nərimanov rayonu ərazisindəki çay evlərinin birindən pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Sasani saxlanılıb
Martın 20-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rayon ərazisindəki çay evlərinin birindən 1400 manat oğurlanması barədə məlumat daxil olub.Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş paytaxt sakini N.Sasani müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
8 kiloqram narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar. Onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.İdarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
19.03.2024
Martın 19-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Martın 19-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 10 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 ədəd tüfəng təhvil götürüblər.
Xankəndi şəhəri ərazisindən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 19-da Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.